Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi-ÖZƏL

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi-ÖZƏL


Şimali Koreya Birləşmiş Ştatlara nüvə zərbəsi endirə biləcəyi barədə xəbərdarlıq edib.

Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Cənubi Koreyaya səfər etməsi olub.

Səfərlə bağlı Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinin ehtiyatsız münaqişə tərəfdarı manevrləri və düşmənçilik hərəkətləri nəticəsində qırmızı xəttə çatıb. Bu, ABŞ-ın Koreya yarımadasının böyük bir müharibə arsenalına və kritik bir döyüş bölgəsinə çevrilməsi ilə nəticələnəcək təhlükəli ssenarisinin güclü göstəricisidir".

Mehman
Xəbəri paylaş