Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt şəhərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb-VİDEO

Sumqayıt şəhərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb-VİDEO


Sumqayıt şəhərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC tərəfindən 10525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Sumqayıt Sukanal İdarəsi tərəfindən aşkarlanmış 526 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 127 min kubmetr sərfiyyat bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.



Sevinc
Xəbəri paylaş