Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir-ÖZƏL

Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir-ÖZƏL


Artıq Birləşmiş Ştatların da ATƏT-in Minsk Qrupu adlı qurumun olmadığı reallığı ilə barışdığını söyləmək olar. Hər halda Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin etməsi belə deməyə əsas verir. Bu təyinat ondan xəbər verir ki, hazırda ABŞ fəaliyyətsiz Minsk Qrupu ətrafında spekulyasiya etməkdən daha çox, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından yanadır. Elə politoloq Elxan Şahinoğlu da belə düşünür.

Newscenter.az xəbər verir ki, sözügedın təyinatla bağlı fikirlərini bildirən Elxan Şahinoğlu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokmanın Bakıya gəlməsinə də diqqət çəkib. Bildirib ki, o həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək:

"Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir".

Politoloq deyib ki, ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib:

"Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu Azərbaycanın da maraqlarına uyğundur".

Mehman
Xəbəri paylaş