Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yanvar ayında Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 km-dək yol qar örtüyündən təmizlənib-VİDEO

Yanvar ayında Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 km-dək yol qar örtüyündən təmizlənib-VİDEO


Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.



Mehman
Xəbəri paylaş