Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yuxarı Şilyan kənd sakini R.Həsənovdan və Bıçaqçı kənd sakini H.Qurbanovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş