Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib

Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib


Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

Newscenter.az-ın xəbərinə görə, sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamındagöstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərmək tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sevinc
Xəbəri paylaş