Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran İslam inqilabından sonra 6 ölkənin səfirliyinə terror hücumu edib

İran İslam inqilabından sonra 6 ölkənin səfirliyinə terror hücumu edib


1961-ci ildə İran Vyana Konvensiyasını ratifikasiya edən Tehran diplomatik nümayəndəliklərin mühafizəsini təmin etməyi öhdəsinə götürsə də, İran İslam Respublikasında 1979-cu il İslam İnqilabından sonra müxtəlif ölkələrin səfirliklərinə 6 dəfə hücum olub.

Newscenter.az hərbi ekspert Ədalət Verdiyevə istinadən səfirliklərə hücumların statistikasını təqdim edir:

1. 4 noyabr 1979-cu ildə ABŞ səfirliyinə hücum edilib, nəticədə 8 nəfər həlak olub, 66 nəfər isə uzun müddət girov saxlanılıb.
2. 2009-cu il mayın 11-də Pakistan səfirliyinə hücum olub, bir nəfər yaralanıb.
3. 2010-cu il fevralın 18-də Pakistan səfirliyi yenidən hücuma məruz qalıb.
4. 29 noyabr 2011-ci ildə Böyük Britaniya səfirliyinə hücum edilib, nəticədə 3 nəfər yaralanıb.
5. 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilib.
6. Nəhayət, 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum olub, nəticədə bir nəfər şəhid olub, iki nəfər yaralanıb.

O bildirib ki, molla reimi tərəfindən törədilən terror hadisələrinin hamısı siyasi motivlərlə əlaqəlidir.

Mehman
Xəbəri paylaş