Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda rejim orduya güvənmir

İranda rejim orduya güvənmir


Teokratik fars rejiminin Yaxın Şərqdə və oradan da İsrail torpaqlarına yönəlik icra etdiyi terror fəaliyyətlərinə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri iki gün ard-arda İranın müxtəlif şəhərlərində yerləşən hərbi obyektlərinə aviazərbələr endirdi.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirzadə deyib ki, Tehran hakimiyyəti məlum hücumların sərhəd bölgələrindən, ən böyük ehtimal kimi Şimali İraq Kürd bölgəsindən olunduğunu irəli sürür:

"Lakin məsələnin hərbi-texniki yönünü araşdırdıqda görürük ki, rəsmi Təl-Əviv əlavə yerlərə ehtiyac olmadan İrana zərbələr endirmək imkanlarına malikdir. İsrail dövləti regionda ən müasir və yüksək texnoloji yeniliklərlə təchiz olunmuş orduya sahibdir. Xüsusilə ölkənin hərbi hava qüvvələri keyfiyyət baxımından Yaxın Şərqin ən müasir döyüş təyyarələrinə sahibdir və ən əsası regionda 5-ci nəsil qırıcılar "F 35 " istifadə edən ilk və tək hərbi birlik İsrail aviasiyasıdır. Ən böyük ehtimal, İsrail həmin hücumları STELS texnologiyası ilə hazırlanmış F 35 qırıcıları vasitəsilə həyata keçirib".

AVP rəsmisinin sözlərinə görə, ən maraqlı məqam isə ondan ibarətdir ki, ölkəmizdə daxil olmaqla bir çox qonşu dövlətləri hərbi gücü və imkanları ilə təhdid edən molla rejiminin bu hücumlar qarşında aciz vəziyyətə düşməsi oldu:

"Bu birdaha onu sübut edir ki, İran ordusunun hərbə hazırlıq səviyyəsi və ani reaksiya vermək qabiliyyəti yox səviyyəsindədir. Bunun da ən böyük günahkarı məhz rejimin özüdür. Rejim orduya güvənmir və öz hakimiyyətini qorumaqdan ötrü ordu içində orduya paralel hərbi birliklər yaradır. Bu amil özlüyündə ordunun kordinasiyalı şəkildə hərəkət etməsini çətinləşdirir".

Mehman
Xəbəri paylaş