"Ölkənin ali və orta təhsil müəssisələrində fövqaladə vəziyyətlərdə təhsilin təşkili ilə bağlı şagirdlərə, tələbələrə və təhsil heyətinə təlimlər kecirilməli və bununla bağlı davamlı maariflənmə işi aparılmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, zəlzələ və digər təbii fəlakətlərdə təhsil alan şagird və tələbə heyəti, təhsil personalının hazırlıq səviyyəsi, bununla bağlı son yoxlamalar nə zaman aparılmışdır:
"Xüsusən orta məktəblərin binaları, qəzalı vəziyyətlərdə olan binalar yoxlanmalı və ümumi əhalinin hazırlıq vəziyyəti nəzərdən keçirilməlidir. Orta təhsil binaları və digər infrastrukturlarda sığinacaq yerləri nə vəziyyətdədir və onlar istifadəyə yararlı vəziyyətdədirmi? Təhsil proqramlarında mülki müdafiə ilə bağlı tədris gücləndirilməlidir".
Vüqar Əhmədov qeyd edib ki, fövqaladə vəziyyət, fəlakət dedikdə burada söhbət təkcə zəlzələ deyil, digər müharibə şəraiti və ya hansısa hərbi əməliyyatlar vəziyyətində yarana bilən təhlükələr, böyük partlayışlar və dağıntılara aiddir:
"Müasir dünyamızda, nüvə və digər buna bənzər təhlükələrin gündəmə gəldiyi bir dönəmdə əhalinin mülki müdafiəsinin gücləndirilməsi məsələsi daha çox aktuallıq kəsb etməyə başlamışdır və bununla bağlı meydana gələ biləcək çağırışların zamanında dəf edilməsi ölkənin milli təhlükəsizlik məsələsi qədər vacibdir".
Mehman