Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa senatında təmsil olunan şəxslərin Azərbaycana qarşı qərəzli çağırışları ikili standartdır

Fransa senatında təmsil olunan şəxslərin Azərbaycana qarşı qərəzli çağırışları ikili standartdır


Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq, regionda nəqliyyat dəhlizlərinin açılmasını təmin etmək, kommunikasiyaların bərpası və bölgə ölkələrinin kompleks inkişafı Azərbaycanın həyata keçirdiyi siyasətin təməl prinsipləridir. Bütün bu amillər yalnız Qafqaz ölkələrinə deyil, bütövlükdə Avrasiya üçün faydalı və səmərəlidir. Təəssüflə qeyd etmək lazımdır ki, regionda imperialist maraqları olan bəzi qüvvələr təcavüzkar Ermənistanı bu və ya digər formada dəstəkləməklə regional davamlı sülhün bərpa olunmasına başlıca əngəl yaradırlar. Bu isə ilk növbədə işğalçı Ermənistandakı mövcud revanşist qüvvələri yenidən qarşıdurmaya təhrik etməkdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib

Laçın-Xankəndi yolunda ekofəalların aksiyasının əsas tələbinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olduğunu və yolun humanitar məqsədlərlə yox, daha çox mina, silah-sursat daşınması üçün istifadə edildiyini xatırladan deputatı Aydın Hüseynov deyib ki, bu prosesi yanlış şəkildə təqdim edən bəzi dairələrin çirkin məqsədləri, eləcə də Azərbaycana qarşı sanksiyasların tətbiqinə dair çağırışlar insan haqlarına və beynəlxalq hüquqa qarşı təhdiddir.

Fransa Senatındakı “Respublikaçılar” Partiyası fraksiyasının sədri Bruno Retaio Azərbaycana qarşı yeni, hətta “neft və qaz” idxalına qarşı sanksiyalara tərəfdar olduğunu hayqırmaqla sanki öz ölkəsinin deyil, işğalçı Ermənistanın təmsilçisi rolunda çıxış edir. Hazırda və onilliklər boyu Avropanın Azərbaycanın neft və qaz məsullarına, eləcə də bərpa olunan enerji mənbələrinə ehtiyac olduğunun proqnozlaşdırıldığı bir halda, ortaya çıxan hədələyici ton Fransanın siyasi müstəvisindəki qərəzin və ikili-standartın inikasıdır.

Millət vəkili qeyd edib ki, “Respublikaçılar” Partiyası fraksiyasının sədri Bruno Retaio timsalında erməni lobbisinin və diaspor təşkilatlarının əlində oyuncağa çevrilən Fransa siyasətçiləri ölkələrinin beynəlxalq imicinə ardıcıl zərbə vurmaqdadırlar. Təəssüf ki, daim özlərini insan haqlarının müdafiəçisi, ədalət carçısı kimi təqdim edən bu şəxslər Azərbaycan torpaqlarının iyirmi faizinin 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının danışıqlar mövzusu olmadığını ağıllarına belə gətirməyiblər.

Anar
Xəbəri paylaş