"Türkiyədə baş vermiş zəlzələ hamımızı çox sarsıtdı. Zəlzələdə zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə “Palmali Holding” şirkəti olaraq xeyirxah iş ortaqlarımız, dostlarımız, dənizdə və ofisdə olan bütün əməkdaşlarımızla birgə bu böyük fəlakətin qurbanlarına dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. “Palmali Holding” təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı bu gün yola salıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyevə bu barədə özünün sosial şəbəkə profilində məlumat paylaşıb:
"Yardım qutularına ən zəruri əşyalar daxildir: böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru gida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar. Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq".
Fidan Quliyeva onu da deyib ki, “Palmali Holding”in işciləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb:
"Həmçinin tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini həll etmək məqsədi ilə şirkətin əməkdaşları səfərbər olunub. Dəstəyimizi davam etdirəcəyik. Bu acı hamımızındır. Yaramızı bərabər sağaldacayıq".
Anar