Zəlzələ bölgəsinə baş çəkmək üçün Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Ankarada rəsmi təmaslardan sonra Anıtkabirdə Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, bərabərindəki heyətlə Atatürkün məzarını ziyarət edən Blinken Anıtkabir Xüsusi Dəftərində "Türk millətinə və Ulu Öndər Mustafa Kamal Atatürkə ehtiramımı bildirməkdən qürur duyuram" sözlərini yazdı.
Qeyd edək ki, ABŞ dövlət katibi Ankarada prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Natiq