İlk azərbaycanlı dünya gözəli titulunu qazanmış Sona xanım Mehmandarova Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı olub.
Newscenter.az vəkil Vəfa Qədirovaya istinadən bildirir ki, Sona xanım ilk uğrunu indiki Azərbaycan Dövlət Filarmoniyasında keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib gələrək əldə etmişdi. Ardından Tiflisdə "Miss Qafqaz" müsabiqəsində qalibiyyət gəldi, daha sonra ümumrusiya yarışlarında "Miss Rusiya" titulunu qazandı.
Sona Mehmandarovanın əsas qələbəsi "Dünya Gözəli" adlı Paris gözəllik yarışmasının zümrüd tacı və Qran-prisi olmuşdu. Bu uğurdan sonra "Dünya gözəli" Rusiya paytaxtının mərkəzində dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir.
O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıdır. Ölümü və hansı qəbirstanlığda basdırıldığı haqda dəqiq məlumat yoxdur.
Mehman