Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emoməli Rəhmon: "Azərbaycanla münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk"

Emoməli Rəhmon: "Azərbaycanla münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk"


Azərbaycanla münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.

Newscenter.az xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.

"Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.

Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram", - Tacikistan lideri bildirib.

Sevinc
Xəbəri paylaş