Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa İrana qarşı İsraillə birləşməkdə hansı məqsədi güdür?

Fransa İrana qarşı İsraillə birləşməkdə hansı məqsədi güdür?


İrana qarşı İsrail-Fransa müttəfiqliyi barədə yayılmış məlumatları müsbət qiymətləndirmirəm. Əksinə hesab edirəm ki, Fransanın İsrailə təklif etdiyi bu birliyin məkrli niyyətləri var. Belə ki, İran İslam Respublikası adlanan bu dövləti elə Fransa başda olmaqla Qərb xristian dövlətləri bir proyekt olaraq yaradıb ki, islamı sünni-şiyə qarşıdurnası ilə parçalasın, islam dünyasının vəhdətində əngəl olsun.

Həqiqi mənada İslama düşmən kəsilmiş İran sivil dünyanın özünə təhlükəyə çevrilsə də onun dövlət kimi yaranması üçün əsas olmuş missiyanı hələ yerinə yetirə bilməyib. Fransa isə dünyada ən çox islama qarşı mövqeyi və siyasəti ilə öndə gedən dövlətdir. Fransanın bu istəyini həyata keçirən İrana Fransanın əsl düşmən mövqeyi ancaq görüntüdür.

Digər vacib məsələ isə, İranın yaradılması həmçinin anti Türkiyə məqsədi daşımasıdır . Bəllidir ki, Fransa türk etnosuna, Türkiyəyə qarşı dəyişməz düşmənçiliyi, xüsusi nifrəti ilə seçilir. İran isə Fransa üçün Türkiyə qarşı ən əlverişli vasitədir.

Fransa da, İran da anti islam, anti Türkiyə mövqeyi ilə eyni hədəfi nişanlayıb. İsrailin praktik anti İran siyasəti, Türkiyəyə, Azərbaycana və türk etnosuna qarşı tarixi dostluq mövqeyi fonunda bu ittifaqda kimin səmimi olduğuna şübhəsiz aydınlıq gətirir.

Beynəlxal geosiyasi vəziyyətin İrana qarşı böyük sınağa çevrildiyi bir dövrdə və məhz İsrailin İrana qarşı praktik geniş hərbi müdaxiləsi ehtimalının yüksək olduğu vəziyyətdə Fransanın İsrailə təklif etdiyi birliyi ancaq məkirli ola bilər. Bu vəziyyətdə anti İran koalisiyasının başında duran İsraillə yanaşı durmaq ancaq İranın xilası üçün düşünülmüşdür.

İrana qarşı həm siyasi-diplomatik və həm də hərbi əməliyaylardan xəbərdar olacaq Fransanın informasiya, kəşfiyyat məlumatları Irana ötürəcəyi tamamilə şübhəsizdir. Fransanın israilə gözlənilən xəyanəti oxunaq səhifədir. Odur ki, Fransa İsrailə yaxınlaşmaqda İranın xilasına çalışır. Əminəm ki, İsrail dövləti bu təklifi, müttəfiqliyi əhəmiyyətsiz hala salacaq.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Xəbəri paylaş