Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir -ÖZƏL

Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir


İşğaldan azad edilən hər bir şəhər və rayon kimi Laçın da özünün inkişaf dövrünü yaşayır. Vətən müharibəsi başa çatandan sonra burada aparılan quruculuq-abadlıq işləri Laçına qayıdışın tezliklə reallaşacağını deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə. sözügedən rayonda görülən işlərə diqqət çəkən Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov deyib ki, Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir:

"Həmçinin, bütün infrastrukturu, daxili yolları yenidən qurulur. Laçının çox füsunkar təbiəti- meşələri, dağları, çayları var. Əminliklə deyə bilərik ki bu, bir cənnət məkan olacaqdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar".

Hakim partiya təmsilçisi deyir ki, bu gün biz öz tarixi torpaqlarımıza qayıdırıqsa, orada bərpa-quruculuq işləri aparırıqsa, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq olanları əsla unutmamalıyıq:

"Çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar".

Mehman
Xəbəri paylaş