Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün xarici ekspert Tatyana Ravalli tərəfindən “Rəqəmsal “storytelling”: Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda seminar keçiriləcəkdir.
Newscenter.az Medianın İnkişafı Agentliyinə istinadən bildirir ki, seminar 15 aprel 2023-cü il tarixində saat: 12:30-dan 13:30-dək ADA Universiteti, B korpusu, Məclis otağında baş tutacaq.
Qeydiyyat 11 aprel tarixinə qədər davam edəcəkdir.
Sevinc