Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Tacikistan səfəri Bakı ilə Düşənbə arasında iqtisadi əlaqələrə müsbət təsir göstərəcək -ÖZƏL

Prezidentin Tacikistan səfəri Bakı ilə Düşənbə arasında iqtisadi əlaqələrə müsbət təsir göstərəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Taciksitana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcək. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin yaydığı açıqlamada əksini tapıb.

Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, bir çox beynəlxalq təşkilatlar, eləcə də MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq edən Bakı ilə Düşənbə arasında iqtisadi sahədə də əlaqələri bir xeyli irəli aparmaq zəruridir:

“İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün potensial böyük olsa da, lakin həmin potensialdan kifayət qədər istifadə edilmir. Bu mənada həm dövlət başçısı İlham Əliyevin Tacikistana dövlət səfəri, həm də iki ölkə arasında bu günlərdə İnvestisiya Forumunun kieçirilməsi Bakı ilə Düşənbə arasında iqtisadi sahədə yeni imkanların yaranmasına yol açacaq”.

Mərkəz hesab edir ki, 2021-ci ilə nisbətən 2022-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi azalsa da, lakin cari ildə həmin dövriyyəni yüksəltmək mümkün ola bilər:

“Həm Düşənbədə dövlət başçıları səviyyəsində keçirilən görüş və imzalanacaq sənədlər, həm də İnvestisiya Forumu zamanı əldə edilən razılaşmalar iki ölkə arasında iqtisadi sahədə yeni perspektiv imkanlar ortaya çıxaracaq”.

Natiq


Xəbəri paylaş