Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.
Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Qərb küləyi aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Sevinc