Türkiyə hava məkanını İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanına istiqamət götürəcək təyyarələr üçün bağladı. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlama ilə Türkiyənin Xarici İşlər Nazirliyi yayıb
Nazirlik bunu PKK terror təşkilatıNIN Süleymaniyyə şəhərində fəaliyyətini gücləndirməsi ilə əlaqələndirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətlərinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid edə biləcəyi səbəbindən məlum qərarın alındığını söyləyib.
XİN sözçüsü qərarən iyul ayına qədər qüvvədə ola biləcəyini deyib.
Mehman