Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Orta Asiya siyasəti, dərinləşən əlaqələr -ÖZƏL

Azərbaycanın Orta Asiya siyasəti, dərinləşən əlaqələr


“Azərbaycanın xarici siyasət kursunda Orta Asiya respublikaları ilə əlaqələri inkişaf etdirmək, region ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək xüsusi yer tutur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Tacikistan, bu isə Qazaxıstan respublikalarına səfəri xüsusi önəm kəsb edir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, ölkəmiz Orta Asiya respublikaları ilə təkcə ikitərəfli formatda deyil, eyni zamanda ayrı-ayrı beynəlxalq təşkilatlar daxilində, xüsusilə Türk Dövlətləri Təşkilatına qarşılıqlı faydalı əməkdaşlıq, səmərəli əlaqələr qurub:

“Məhz bu əlaqələrin nəticəsidir ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-humanitar layihələrin həyata keçirilməsində maraqlıdırlar. Eyni zamanda bu ölkələrin iş adamları da Qarabağa investisiya yatırmağa maraqlı görünürlər”.

Arzuman Muradlı bildirib ki, bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərdə yeni bir mərhələ açacaq, gələcək əməkdaşlıq üçün yeni-yeni perspektiv imkanlar ortaya çıxaracaq:

"Dövlət başçısının səfəri zamanı imzalanan sənədlər Bakı ilə Astana arasında iqtisadi əlaqələrin ruhuna yeni bir canlanma gətirəcək. Xüsusilə neft sektoru sahəsində ölkələr arasındakı əlaqələrin inkişafı üçün zəmin yaranacaq. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq niyyətində olduqlarını vurğulayıb".

Mehman
Xəbəri paylaş