Uzun illər partiyada əməyi keçənlərin parlament seçkilərində namizədliyinin Kamal Kılıçdaroğlu tərəfindən dəstəklənib irəli sürülməməsi Cümhuriyyət Xalq Partiyasında (CHP) çatlar yaradıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, CHP-nin namizəd siyahısı açıqlanar-açıqlanmaz partiya üzvləri tərəfindən Kılıçdaroğluna qarşı etirazlar səslənib.
CHP lideri Kılıçdaroğluna qarşı, "Bu baş ilə ölkəni idarə etməyə can atır? Türkiyənin ən böyük bədbəxtliyi CHP və Kamal Kılıçdaroğludur" deyən Deva Partiyasının sədr müavini Mehmet Emin Ekmenin namizədliyinin məhz Kılıçdaroğlu tərəfindən irəli sürülməsi narazı CHP-çilər tərəfindən partiyaya xəyanət kimi qiymətləndirilib.
Deputatlığa namizəd siyahısında yer almayan isimlərin tezliklə CHP-dən ayrılacağı gözlənilir.
Mehman