Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səlmuk Bayraktar: "Dünya döyüş tarixində inqilab olacaq" -ÖZƏL

Səlmuk Bayraktar: "Dünya döyüş tarixində inqilab olacaq"


"Bu dünya döyüş tarixində inqilab olacaq. İHA və SİHA-ların əməliyyatlarda göstərdiyi performansla dünyada hər kəs müdafiə gücümüzü gördü".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu "Baykar" Texnolgiya Şirkətinin rəhbəri Səlcuk Bayraktar Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi - "TCG Anadolu"nun istifadəyə verilməsi zamanı səsləndirib.

Səlcuk Bayraktar deyib: "Ölkəmiz SİHA-larla paradiqma dəyişikliyi yaratdı və TCG Anadolu ilə də oxşar asimmetrik effekt əldə edəcəyik".

Simulyasiya uçuşları zamanı təyyarələrin dəfələrlə TCG Anadolu gəmisinə enib havaya qalxdığını deyən Səlcuk Bayraktar qısa uçuş-enmə zolağına malik belə bir gəmiyə “KIZILELMA” pilotsuz təyyarəsinin enməsi və qalxmasının da böyük uğur olacağını vurğulayıb.

Mehman
Xəbəri paylaş