Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran-Bakı münasibətləri hansı halda düzələ bilər? -ÖZƏL

Tehran-Bakı münasibətləri hansı halda düzələ bilər?


"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı münasibətlərin düzəlməsi istiqamətində fikirlər yaratsa da hesab edirəm ki, iki ölkə əlaqələri tezliklə düzələn deyil".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bunu İran Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənaninin mətbuat konfransında səsləndirdiyi fikirlərdən aydın şəkildə sezmək olar:

"O qeyd edib ki, ölkəsinin mövqeyində hər hansı bir yeni məqam yoxdur. Bu da o deməkdir ki, Tehran rəhbərliyi öz siyasətini davam etdirəcək".

AVP rəsmisi bildirib ki, İran-Azərbaycan münasibətləri ancaq qarşı tərəf daxili işləmirzə qarışmadığı və regional maraqlarımıza zidd mövqe nümayiş etdirmədiyi halda düzələ bilər:

"Bu da mövcud şəraitdə real görsənmir".

Mehman
Xəbəri paylaş