Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqın inamı dünyəvi inamdır, sevgisi dünyəvi sevgidir

Xalqın inamı dünyəvi inamdır, sevgisi dünyəvi sevgidir


Tarixi şəxsiyyətlər tarixin inkişafını xalqının, dövlətin daha nurlu sabahlarına yönəldə bilir. Belə tarixi şəxsiyyət olan Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab llham Əliyev də dövlətimiz, dövlətçiliyimiz üçün olduqca gərəkli işlər görüb, Azərbaycanın siyasi və iqtisadi qüdrətini yüksəldib. Bu qüdrətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla deyib: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.

İlham Əliyevin Azərbaycanda bu və ya digər vəzifəyə təyin edilməsində ən etibarlı zəmanət onun yüksək ali təhsili, geniş erudisiyası, azərbaycançılıq ideoligiyasına sədaqəti, hadisələr arasında məntiqi bağlılıq görmə qabiliyyəti, dövlətçilik tariximizə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərlik istedadına bələdliyi olub.

Xalq 2003-cü ildə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdi. Cənab İlham Əliyev Azərbycanın dünya dövlətləti arasında siyasi nüfuzunun yüksəldilməsi, ikitərəfli, çoxtərəfli əlaqələrin genişləndirilməsi, dövlətin iqtisadi qüdrətinin yüksəldilməsi üçün böyük tarixi işlər görmüşdü. Bu dövrdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən danışıqlarla çıxarılması üçün siyasi təşəbbüslər göstərmişdi, dünya dövlətlərinin bu təşəbbüsləri dəstəkləməsinə çalışmışdı. Ermənistan danışıqlardan yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı.

Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi.

Belə bir şəraitdə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etdi.

2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyəti – 86 faizindən çoxu cənab İlham Əliyevə səs verdi, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

2003-2018-ci illər müstəqil Azərbaycanın tarixində mərhələ oldu. Bu illərdə tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub: ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, regionlarda ümumi məhsul buraxılışı 3,6 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin iri miqyaslı təxribatlar törətmək niyyətli hücumunun qarşısı qətiyyətlə alındı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi. İkinci Qarabağ müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Zəfərlə başa çatdı, 28 il çəkən işğala son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanıldı. Xalq İkinci Qarabağ müharibəsində Ali Baş Komandanının ətrafında necə birləşmişdisə, böyük quruculuq işlərində də həmin səviyyədə birləşib. Quruculuq işləri də zəfərlə başa çatdırılacaq...

2018-ci il 11 aprel prezident seçkilərində xalqın düzgün, qərarlı mövqeyi Azərbaycanın gələcəyini bu səviyədə təmin etdi. Xalq Prezidentinə inanır, güvənir. Bu inam, bu güvənc, bu sevgi dünyəvi inamdır, dünyəvi güvəncdir, dünyəvi sevgidir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş