Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.
Newscenter.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşdə diplomatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.