Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana bətnində olan uşaq beyin əməliyyatı olundu -ÖZƏL

Ana bətnində olan uşaq beyin əməliyyatı olundu


ABŞ-ın Massaçusets ştatının Boston şəhərində həkimlər ana bətnində olan körpə üzərində cərrahiyyə əməliyyatı keçirərək ölkənin tibb tarixində bir ilkə imza atıblar.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat uğurlu keçib, ana və körpənin səhhətinin yaxşı olduğu açıqlanıb.

Luiziana ştatında yaşayan Derek və Kenyatta Koulman adi müayinə üçün getdikləri xəstəxanada həkimlərin qeyri-adi bir şey gördüyünü öyrəniblər. Belə ki, həkimlər körpənin beynində damar qüsuru, nadir qan damar anomaliyasını aşkar ediblər. Körpənin beynini müşahidə edən həkimlər qüsurun təhlükəli şəkildə böyüdüyünü bildiriblər.

Cütlüyün razılığı ilə əməliyyat aparılıb və körpə sağlam doğulub. Bu ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat kimi ABŞ tibb tarixinə düşüb.

Mehman
Xəbəri paylaş