"Azərbaycan təhsilinin inkişafı, bu günkü səviyyəyə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var". Bu fikirlər "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin açıqlamasında yer alıb. İctimai Birlikdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə təhsil sahəsinə xüsusi diqqətlə yanaşıb, bu sahənin inkişaf etdirilməsi istiqamətində əməli addımlar atıb:
"Sovetlərin zamanında Heydər Əliyevin əsasını qoyduğu və müstəqillik illərində də davam etdirdiyi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili Dövlət Proqramı bacarıqlı, istedadlı kadrların yetişməsinə mühüm töhfə verdi".
İctimai Birlikdən o da qeyd edilib ki, Azərbaycan müəlliminin adını, onun nüfuzunu da özünə məhz Heydər Əliyev qaytardı.
Natiq