Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında strateji məsələlərdə fikir ayrılıqlarının qaldığı aydın görünür -ÖZƏL

Azərbaycan və Ermənistan arasında strateji məsələlərdə fikir ayrılıqlarının qaldığı aydın görünür


"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda bir neçə gün davam edən görüşü 4 may tarixində başa çatdı. Entoni Blinken görüşün sonunda ciddi irəliləyişlər əldə olunduğunu söyləsə də, strateji məsələlərdə fikir ayrılıqlarının qaldığı aydın görünür".

Bu fikirləri Newscenter.az-a politoloq Əmrah Cəfərov səsləndirib. O bildirib ki, tərəflər arasında prinsipial məsələlərdə fikir ayrılıqları olmaqla yanaşı, sülh müqaviləsini ləngidən digər faktorlar da gözardı edilməməlidir:

"Belə ki, Rusiya fərqli rıçaqlarla çalışır ki, tərəflər başqa vasitəçilərin köməyi ilə danışıqlar prosesində hər-hansı irəliləyiş əldə edə bilməsinlər. Həmçinin, Ermənistan ictimaiyyətinin və müxalifətinin hökumət üzərindəki basqısı da prosesin surətini zəiflədən amillərdən biridir. Bütün bunlara baxmayaraq, tərəflərin Rusiyanın vasitəçiliyindən kənarda müzakirələri intensivləşdirməsi gələcək perspektivdə potensial sülh müqaviləsinin imzalanması ehtimalını artırır".

Anar
Xəbəri paylaş