Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğandan "The Economist"-ə ETİRAZ -ÖZƏL

Ərdoğandan "The Economist"-ə ETİRAZ


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada dərc edilən “The Economist” jurnalına etirazını bildirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə prezidenti sosial media hesabından paylaşdığı paylaşımla “Biz milli iradəyə barmaq göstərilməsinə icazə verməyəcəyik” - deyə vurğulayıb.

Ərdoğan daha sonra bunları qeyd edib: "Boraltan körpüsü faciəsində bacı-qardaşlarını öz qatillərinə kor-koranə təslim edən iyrənc zehniyyətə son qoyduq. Diplomatlarımızın səyləri ilə biz özümüzə inamlı, sahibkarlıq və humanitar xarici siyasət praktikasını həyata keçirmişik. Xarici nümayəndələrimizin sayını 163-dən 260-a çatdırmaqla biz dünyanın ən böyük diplomatik şəbəkəyə malik 5 ölkəsindən biri olduq. TİKA, YTB, Yunus Əmrə İnstitutu, Maarif Vəqfi ilə xaricdə yaşayan soydaşlarımızı və 7 milyon insanı salamlayırıq. Milli iradənin sarsılmasına imkan verməyəcəyik”

Qeyd edək ki, sözügedən dərgi bu günlərdəki saylarının birinin üz qabığında "Bir sonrakı seçkilərdıə Kılıçdaroğlunu dəstəkləyirik" deyə yazıb.

Mehman
Xəbəri paylaş