Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan olanlardan nəticə çıxarmır -ÖZƏL

Ermənistan olanlardan nəticə çıxarmır


"Təəssüflər olsun ki, Ermənistan hələ də indiyə qədər üzləşdiyi uğursuzluqlar və acı məğlubiyyətdən nəticə çıxarmır, yenə özünün ənənəvi aqressivliyini davam etdirir. Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin danışıqları başa çatar-çatmaz Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, mühəndis istehkam işləri aparan traktorun atəşə məruz qalması bunun əyani sübutudur".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu bir daha Ermənistanın sülh deyil, müharibə tərəfdarı olduğunu təsdiqləyir:

"Əslində Ermənistan tərəfinin təxribatlara əl atacağı gözlənilən idi. Çünki bu ölkə həmişə sülhə doğru addımlar atıldığı, konstruktiv müzakirələr keçirildiyi bir ərəfədə sərhəddə vəziyyəti gərginləşdirməyə, təxribat törətməyə can atıb. Bu da Ermənistanın növbəti təxribatdır".

Arzuman Muradlının sözlərinə görə, Ermənistan özü təhrik edir ki, Azərbaycan Ordusu növbəti antiterror əməliyyatı həyata keçirsin.

Mehman
Xəbəri paylaş