Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhdən yana deyil -ÖZƏL

Ermənistan sülhdən yana deyil


“İstər xarici işlər nazirıəri səviyyəsində Vaşinqtonda keçirilən danışıqlarda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın Azərbaycan tərəfindən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməsi, istər bu ölkənin baş naziri Nikol Paşinyanın Çexiyada səfərdə olarkən səsləndirdiyi absurd fikirlər onu deməyə əsas verir ki, İrəvan köhnə ənənəsindən əl çəkməyib və bu ölkə sülhdən yana deyil”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqe Azərbaycanı yenidən sərt addımlar atmaq, Qarabağda antiterror əməliyyatları həyata keçirməyə sürükləyir:

“Çünki Ermənistan bu günə qədər 10 noyabr üçtərəfli bəyannaməsinin əməl etməyib. Hələ də Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri mövcuddur və onların məxsus olduğu hərbi texnika, silah-sursat birbaşa Ermənistan dövləti, bu ölkənin Müdafiə Nazirliyinə məxsusdur. Ona görə də Ermənistanın bu kimi qeyri-konstruktiv hərəkətləri davam edəcəyi təqdirdə yenidən Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatı həyata keçirməsi qaçılmaz olacaq".

Mehman
Xəbəri paylaş