“Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi uğur və nailiyyətlər, qazandığı qələbələrin təməlində ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasət, gördüyü işlər dayanır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, ölkədə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində də Ulu Öndərin əvəzsiz xidmətləri olub:
“Yenicə sovetlərin tərkibindən çıxmış Azərbaycanda vətəndaş cəmiyyəti institutlarl, qeyri-hökumət təşkilatları təsis etmək həmin dövrdə o qədər də asan deyildi. Hər şeydən əvvəl cəmiyyətdə, insanlar arasında vətəndaş cəmiyyəti nədir, hansı məqamlara xidmət edir kimi düşündürücü suallar mövcud idi. Xalqın, cəmiyyətin beynindən bu kimi tərəddüd dolu sualları məhz Heydər Əliyevin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanlar yaratması aradan qaldırdı”.
Arzuman Muradlı deyib ki, ümummili lider Azərbaycanda bütün demokratik təsisatlar kimi vətəndaş cəmiyyəti institutlarının da inkişaf etdirilməsində maraqlı idi və bu istiqamətdə dövlətin hansı addımlar atması lazımdırsa, Ulu Öndər də onu edirdi.
Mehman