Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akarın açıqlaması Ermənistana mesajdır -ÖZƏL

Hulusi Akarın açıqlaması Ermənistana mesajdır


"Türkiyənin müdafiə naziri Hulusi Akarın “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır” deməsi əslində Ermənistana xəbərdarlıq mesajıdır. İrəvan bu mesajdan ciddi nəticə çıxarmalıdır".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, növbəti dəfə hansısa hərbi qarşıdurma və ya müharibənin olması Ermənistan üçün 44 günlük Vətən müharibəsindən daha ağır nəticələrə səbəb olacaq:

"Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi qardaş ölkəyə Azərbaycana qarşı erməni təcavüzü baş qaldıracağı təqdirdə bizə hərbi dəstək vermək üçün həm də hüquqi baza rolunu oynayır. Yəni, Türkiyə İkinci Qarabağ müharibəsindən fərqli olaraq heç bir ehtiyat etmədən hərbi cəbhədə də Azərbaycanın yanında yer ala biləcək. Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişi isə yeni müharibə baş verəcəyi təqdirdə İrəvanı Kremlin köməyindən məhrum edir. Eləcə də Avropa, Ermənistanın əsas güvənc yeri olan Fransa Ermənistana istədiyi dəstəyi verə bilməyəcək. Paris İrəvanı hərbi texnika, silah-sursatla təmin etsə də, lakin ona canlı qüvvə sarıdan kömək edə bilməz. Çünki hazırda Makronun başı dərddədir və ölkənin silahlı qüvvələrinin belə prezidentə etimadı yoxdur. Ona görə də bütün bunlardan nəticə çıxarıb Ermənistan sülh müqaviləsinə imza atmalıdır".

Mehman
Xəbəri paylaş