Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mollalar terrorçu Ermənistanla münasibətləri isti saxlamağa davam edəcək -ÖZƏL

Mollalar terrorçu Ermənistanla münasibətləri isti saxlamağa davam edəcək


İran hakimiyyəti başını o qədər itirib ki, dövlət idarəçiliyini də artıq evcik-evcik oyununa çeviriblər. Bu gün dövlət səviyyəsində verilən açıqlama, xoş niyyət, sabah tamamilə əks istiqamətdə özünü büruzə verir. Bir neçə gün əvvəl Azərbaycanla münasibətləri normallaşdırmaq barədə xahiş, minnət edən mollalar. bu gün isə İranda fəaliyyət göstərən 4 diplomatımızı arzuolunmaz şəxs elan edib.

Ekspertlər hesab edirlər ki, İranın tez-tez mövqe dəyişikliyi etməsi Azərbaycan tərəfdən olumlu cavab almaması ilə bağlıdır. Belə ki, rəsmi Bakının Tehranla münasibətləri normallaşdırmağın şərtlərini açıqlaması molla rejimini yenidən sərt ritorikaya sürükləyib. Əslində, Azərbaycan İrandan qeyri-adi heç nə istəmir. Bakı haqlı olaraq İrandakı səfirliyimizə olan terror hücumunun iştirakçısı və təşkilatçılarının cəzalandırılması, ölkəmizi təhdid edən bəyanatlardan uzaq durmalarını İrandan tələb edir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu günlərdə Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bunu açıq şəkildə bəyan etdi.

Newscenter.az-ın xəbərinə görə, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov hesab edir ki, Azərbaycan ilə İran arasında münasibətlərin hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədə olması göz qabağındadır və bu münasibətlərin bundan sonra daha da aşağı düşəcəyi və yaxud qalxacağı bizdən yox, molla rejimindən asılıdır:

"Böyük ehtimalla mollalar terrorçu Ermənistanla münasibətləri isti saxlamağa davam edəcək, lakin eyni zamanda Azərbaycanla münasibətlərinə də səmimilik görüntüsü verməyə çalışacaqlar".

Mehman
Xəbəri paylaş