Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Napoli"nin çempionluq sevinci zamanı 1 nəfər ölüb -ÖZƏL

"Napoli"nin çempionluq sevinci zamanı 1 nəfər ölüb


33 ildən sonra İtaliya A Seriyasının çempionu olan "Napoli"nin bayram sevinci zamanı bədbəxt hadisə yaşanıb.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, qələbə sevincini qeyd edən zaman komandanın azarkeşlərindən birinin havaya atəş açması nəticəsində 26 yaşlı gənc həlak olub. Vurulan pərəstişkar dərhal xəstəxanaya aparılsa da, lakin onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Piazza Volturno ərazisində keçirilən şənliklərdə həmçinin bir xeyli azarkeş qələbəlikdən zərər çəkib və xəstəxanaya müraciət edib. Ümumilikdə, 203 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir.

Oruc
Xəbəri paylaş