
Rusiyanın "Vaqner" Özəl Hərbi Şirkətinin Ukraynanın Baxmut şəhərini tərk etmək barədə açıqladığı qərar dünyada həm maraqla qarşılanıb, həm də şok effekti yaradıb. Belə ki, şirkət Baxmutdan çəkilməsinə səbəb kimi silah-sursat çatışmamazlığını göstərib ki, bu da Rusyanın artıq hərbi baxımdan tükəndiyinə işarədir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Samir Hümbətov baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Politoloq deyib ki, Rusiyaya məxsus "Vaqner" silahlı birləşmələrinin başçısı Yevgeni Priqojinin son videosu ölkənin hansı durumda olduğunu açıq şəkildə göstərmiş oldu:
"Mövcud vəziyyət və Ukrayna sübut etdi ki, Rusiya heç də dünyanın ikinci supergücü deyil", deyə politoloq vurğulayıb.
Anar











































