
Ermənistan, eləcə də Qarabağdakı separatçı qüvvələr zaman-zaman Azərbaycana qarşı ekoloji terror həyata keçiiriblər və bu gün həmin terror davam etdirilir. Bu dəfə ermənilər Sərsəng Su Anbarını qurutmaqla özlərinin mənfur və iyrənc siyasətlərini davam etdirirlər.
Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev Sərsəng Su Anbarının qurudulmasının qarşısının alınmasının bircə yolu olduğu qənaətindədir. Onun sözlərinə görə, sözügedən su anbarı vaxt itirmədən Azərbaycanın nəzarətinə keçməlidir. Ekspert deyib ki, hazırda separatçılar Sərsəng Su Anbarının suyunu qurudurlar:

"Seperatci rejimin elektrik xəttini sıradan çıxarması anbarın suyundan suvarma məqsədilə istifadə edilməsini mümkünsüz edir. Bu da öz növbəsində təkcə su anbarı üçün deyil, eyni zamanda, ətraf ərazi üçün də böyük həcmdə ekoloji fəlakət yarada bilər. Odur ki, bu su anbarı təcili nəzarətimizə keçməlidir".
Anar











































