Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kiprdə şiddətli yanğın, Türkiyədən dəstək istənildi -ÖZƏL

Şimali Kiprdə şiddətli yanğın, Türkiyədən dəstək istənildi


Şimali Kipr Türk Cümhuriyyətinin Lefke rayonunun Yeşilırmak kəndində yanğın baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Meteorologiya İdarəsinin direktoru Raif İlker Buran məlumat verib.

Bölgədə vaxtaşırı əsən güclü küləyin bu gecə və sabah da davam edəcəyini bildirən Buran bölgədə yağıntının gözlənilməyəcəyini bildirib və bu səbəbdən yanğının söndürülməsi üçün yardıma ehtiyac olduğunu deyib.

Prezident Ersin Tatar isə verdiyi açıqlamada yanğının qarşısının alınması üçün Kipr Rum Administrasiyasından bir təyyarənin gələcəyini bildirib. Yanğının küləyin təsiri ilə genişləndiyini qeyd edən Tatar, yanğına Türkiyədən müdaxilə etmək üçün bölgəyə yanğınsöndürmə vertolyotunun yollandığını deyib.

Mehman
Xəbəri paylaş