Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub

Sumqayıtda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub


Sumqayıtda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Yavər Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Mehman
Xəbəri paylaş