Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya ilə gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Yaponiya ilə gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib


Mayın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini, xanım Yuumi Yoşikavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az DGK-ya istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərindən, iqtisadi-ticari əlaqələrdən bəhs edilib, o cümlədən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanması, ilkin məlumat və təcrübə mübadiləsi, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu ölkələrin "vahid tranzit portalı"nın yaradılması, eləcə də informasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş