Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yekun sülh sənədinin imzalanması üçün qət edilməli çox yol var -ÖZƏL

Yekun sülh sənədinin imzalanması üçün qət edilməli çox yol var


"ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində aparılan Vaşinqton danışıqları Azərbaycan-Ermənistan ikitərəfli əlaqələrin normallaşması istiqamətində mühüm bir şansdır. Müşahidələrimiz onu deməyə əsas verir ki, rəsmi Vaşinqton yekun sülh sazişi üçün səylərini artırır. Lakin tərəflər arasında tez bir zamanda sülh sazişinin imzalanacağını gözləmək sadəlövhlük olar. Çünki həllini gözləyən bir çox məsələlər, ziddiyyətlər mövcuddur".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, baş tutan danışıqlar çərçivə razılaşmasının əldə olunması istiqamətindədir və yekun sülh sənədinin imzalanması üçün qət edilməli çox yol var:

"Lakin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qarşılaşdığı çətinlikləri mərhələ-mərhələ aradan qaldırması perspektivdə ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsinin qurulması İrəvan rəhbərliyini danışıqlara məcbur edir. İndiki halda Vaşinqtonun moderatorluğu ilə yol xəritəsi haqqında danışıqların aparılması prosesə Azərbaycanın lehinə işıq yandırır. Regionun siyasi mənzərisinə ABŞ- ın kontekstindən yanaşsaq görərik ki, Ağ Ev regionda olan gərginliyin aradan qaldırılmasında maraqlıdır. Çünki Bakı və İrəvan arasındakı münaqişə İran və Rusiya kimi imperialist güclərə regionda varlıq göstərib, öz təsir imkanlarını genişləndirməyə imkan qazandırır. İndiki məqamda Vaşinqtonun istəyi hər iki gücü, xüsusilə İranı neytrallaşdırmaqdır".

AVP rəsmisi hesab edir ki, Laçın yolunda olduğu kimi gələcək dönəmdə Zəngəzur koridoru üzərində də Rusiyanın nəzarət imkanı qazanması ABŞ-ın maraqlarına ziddir:

2Okeanın o tərifindən fərqli olaraq münaqişə ətrafında uzun müddət dominantlıq etmiş Rusiyanın Vaşinqton danışıqlarına münasibəti birmənalı deyil. Bu aspektdə Zaxarovanın yalnız üç tərəfli bəyanat üzərindən gedilməsi çağırışını etməsi Kremlin Vaşinqton diskussiyalarından məmnun olmadığı anlamına gəlir. Rusiya hər iki tərəfə mesaj ünvanlamaq üçün danışıqlar zamanı dərhal Vardanyan kartına əl ataraq dırnaq arası qəhramanı yenidən canlandırdı və Moskvanın sülh abu-havasını korlamaq üçün separatçılar üzərindən hər hansı bir təxribat törətmək istəyəcəyi istisna deyil".

Anar
Xəbəri paylaş