Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan reallığında ölmək doğulmaqdan dəfələrlə bahadır

Azərbaycan reallığında ölmək  doğulmaqdan dəfələrlə bahadır


Azərbaycanda bu gün tək Vətən Müharibəsində yaralanan, amma əliliyi təyin olunmayan 9000 döyüşçü var. Onlardan 50 nəfərə yaxını intihar edib. Bir nəfər də dünən məktub yazaraq intihar etdi. Ailəsinin üzünə baxa bilmədiyini, əlilliyini ala bilmədiyini, torpaq sahəsi ilə bağlı problemini yazib qoydu və həyatdan getdi. İndi bu intihar ailəni xoşbəxt etdimi? Onun maliyyə və torpaq problemini həll etdimi? Xeyr, tam əksinə. Azərbaycan reallığında ölmək doğulmaqdan dəfələrlə baha, evlənməkdən isə daha ucuzdur. Odur ki, əlil ya yaralı, fərq etməz, hər bir kişi ailəsinin problemlərinə problem əlavə etmək haqq və hüququna malik deyil. Kişi dediyin problemin həllini tapmalıdır. Mümkünsə orta məktəb illərindən. Ya oxumalıdır, ya sənət əldə etməlidir. Əks halda orta təmin olunmuş həyat belə əlçatmaz olacaq.

Hər bir insanın sıxıntısı ola bilər, problemi də ola bilər, ama bunun üçün intihar etmək əvəzinə məhkəməyə getmək lazımdır. Məhkəmə sistemində bu tip iddia ərizələrinin sayında ciddi artım və müvafiq qərarlar olmayana qədər, əllillik problemi aktual olaraq qəbul edilməyəcək. Məhkəmə sisteminin instansiyaları Azərbaycan ilə yekunlaşmır. 9109 çağrı mərkəzinə də müraciət edə bilərsiniz.

Nə isə. Uzun yazdim. Allah rəhmət eləsin! İntihar heç bir halda çıxış yolu deyil. Etməyin, eləməyin. Bu dinimizə gorə də səhv addımdır. Ailənizi sizdən sonra nə qədər problem gözlədiyini düşünün. Kişinin daşıya bilmədiyi problemi qadın və ya yaşlı valideynlərin çiyninə yükləmək də qəhrəmanliq deyil.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş