Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızıl ordunun varisi olan müasir rus ordusu Ukraynada bataqlığa sürüklənib

Qızıl ordunun varisi olan müasir rus ordusu Ukraynada bataqlığa sürüklənib


Paytaxt Moskva daxil olmaqla ölkənin bir çox şəhərlərində keçirilən və ənənəvi hal almış qələbə paradı bu il çox sönük keçirilməklə hərkəsi təəccübləndirdi. Cəmi 51 döyüş texnikasının iştirakı ilə baş tutan tədbir Rusiyanın üzləşdiyi çətin siyasi və hərbi mühütün reallığı oldu.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin köməkçisi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Kreml rəhbərliyi zahirən hər nə qədər güclü olduqları görüntüsü formalaşdırmağa çalışsada cəbhədə və hərbi elita arasında yaşanan problemlər diqqətdən yayınmır:


"Qızıl ordunun varisi olan müasir rus ordusu Ukraynada adətən bataqlığa sürüklənmiş təsiri bağışlayır və hər gün əriməyə doğru gedir. Hətta vəziyyət o həddə çatıb ki, müharibənin məsuliyyətini nizami ordunun yerinə hər hansı bir özəl hərbi şirkət üstlənib və həmin şirkətin rəhbəri ölkənin müdafiə nazirini və onun müavinini ağır şəkildə təhqir edir, ordu rəhbərliyini logistik təminatı lazımı səviyyədə təşkil etməməkdə günahlandırır. Təbii ki, məlum situasiyanın ardında siyasi motivlərdə mövcuddur. Lakin hər halda bu istər ordu, istərsədə siyasi rəhbərlik adına ləkədir. Rusiya ordusunun bu günkü vəziyyəti bir Azərbaycanlı olaraq məni sevindirməyə bilməz. Azərbaycan nefti və insanın canı, əməyi hesabına 1945- də qələbə qazanan qızıl ordu 45 il sonra 20 Yanvar faciəsi kimi dəhşətli hadisəni xalqımıza yaşatdı və bu azmış kimi Ermənistan dövlətinə bütün aspektlərdə dəstək verməklə Azərbaycan torpaqlarının işğalına, xalqımızın Xocalı soyqırımı kimi insanlıq adına yaraşmayan şəkildə, xüsusi qəddarlıq və vəhşiliklə törədilmiş faciə yaşamasına rəvac verdi".

Anar Əliyev
Xəbəri paylaş