Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər kəs Türk xalqının səsinə hörmətlə yanaşmağı bacarmalıdır -ÖZƏL

Hər kəs Türk xalqının səsinə hörmətlə yanaşmağı bacarmalıdır


"Mayın 14-də Türkiyədə keçirilən seçkilərin nəticələri, özüylə bir çox suallara aydınlıq gətirdi. İstər bizim cəmiyyətdə olsun, istərsə də Türkiyə cəmiyyətində seçkinin nəticələri ətrafında mübahisələrin və muzakirələrin aparılmasını normal hal hesab etmək olar".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, amma, bütün bunlar qarşılıqlı hörmət və ehtiram əsasında olmalıdır:

"Çünki, bütün siyasi partiyalara və namizədlərə bərabər şəkildə şərait yaradılmışdır və seçki kampaniyası və ümumilikdə seçki marafonu tam olaraq seçki qanunvericiliyinə uyğun şəkildə şəfaf keçirilmişdir. Səs vermənin nəticələri kimlərisə qane etməyə bilər. Amma, sonucda elan olunan nəticələr Türkiyə seçicisinin iradəsidir və səsidir. Məhz bu səbəbdən hər kəs Türk xalqının səsinə hörmətlə yanaşmağı bacarmalıdır".

Anar Əliyev
Xəbəri paylaş