Birləşmiş Ştatlarda daha bir silahlı insdent yaşanəb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə ABŞ-ın Nyu-Meksiko ştatında qeydə alınıb.
Belə ki, silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Farmington polis rəisi Steve Hebbe mətbuata açıqlamasında silahlı şəxsin təsadüfən atəş açdığını deyib. Hebbe hadisəyə müdaxilə edən iki polis məmurunun da yaralandığını diqqətə çatdırıb.
Qanlı hadisəni törədən şəxsin 18 yaşında olduğu bildirilir.
Mehman Mehdiyev