Rəhbərlik etdiyi partiyanın 14 may seçkilərində uğur qazanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik mesajları gəlməkdə davam edir.
Newscenter.az "Haber Global"a istinadən bildidir ki, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo və Seneqal Prezidenti Macky Sall prezident Ərdoğana telefonla zəng edərək, 14 may seçkilərində qazandığı uğurlar münasibətilə təbrik ediblər.
Türkiyə Prezidentinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Qvineya-Bisau və Seneqal liderləri seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıblar.
Anar Əliyev