Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsində “Atabey” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Dövlət Komitəsində “Atabey” təşkilatının nümayəndələri ilə görüş keçirilib


Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Belçikalı fotoqraf Frank Döpev, “Atabey” təşkilatının prezidenti Yunisksi Fahardo və layihə koordinatoru Juli Böfis ilə görüşüb.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qonaqlara Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğu barədə ətraflı məlumat verən M.Qurbanlı qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunur və bütün dini konfessiyalara bərabər şərait yaradılır. Komitə sədri bildirib ki, hər bir vətəndaş dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir.

M.Qurbanlı xüsusi olaraq diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif dini konfessiyalar arasında hökm sürən və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etdirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dayanır. Mütəmadi olaraq məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi üçün dövlət tərəfindən hər il maliyyə yardımı ayrılır.

Qonaqlar Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələr sırasında olmasının əhəmiyyətindən bəhs edərək, ölkəmizin multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıblar. Azərbaycanla bağlı bir neçə layihə reallaşdıracaqlarını deyən qonaqlar ölkəmizə xas multikultural və tolerant ənənələrin daha geniş təbliğ və təşviqinin vacibliyindən danışıblar.

Qeyd edək ki, sözügedən şirkətin nümayəndələri Belçikada keçiriləcək “AR nuvo” sərgisi üçün ölkəmizdəki xüsusi memarlıq üslubuna malik binaların və Qırmızı Qəsəbənin fotolarını lentə almaq məqsədilə Azərbaycana səfər ediblər.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşün sonunda qonaqlara DQİDK-nın xarici dillərdə nəşr etdirdiyi, Azərbaycanın tolerantlıq mühitindən bəhs edən kitablar təqdim edilib.

Mehman
Xəbəri paylaş