"1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinçi dəfə qayıdışından sonra iftixarla 10-cu sinifdə təhsil aldığım yoldaşlarımın aırasında Əliyevçi olmağımı fəxrlə demişəm. O zaman Gəncə kimi şəhərdə cətin və mürəkkəb bir dövürdə Əliyevçi olduğumu deməkdən hec vaxt qorxmamışam və ehtiyat belə etməmişəm".
Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən səsləndirib. O bildirib ki, valideyinləri ilə birlikdə yaşadığı evdə Heydər Əliyevin portreti hər zaman başlarını n üzərində asılı vəziyyətdə olub.
Əli İbrahimov deyib ki həyatının gənc illərində məqsədi ancaq Dövlətinə təmənnasız xidmət etmək olub:
"2005-ci ildə Ədliyyə Nazirliyinə kecirilən müsabiqədə iştirak edərək uğur qazanmışam. Heç vaxt ümumi məqsədlərə xəyanət etməmişəm. Üzərimdə olan rəislərin əmr və göstərişlərini sözsüz əməl etmişəm".
Anar Əliyev