Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndi əsas prioritet məsələ kommunikasiyaların açılması və Zəngəzur dəhlizidir -ÖZƏL

İndi əsas prioritet məsələ kommunikasiyaların açılması və Zəngəzur dəhlizidir


"Düşünürəm ki, Vaşinqton görüşü ilə müqayisədə, Brüsseldə keçirilən görüşlərə Moskva bir o qədər qısqanc yanaşmadı. İstənilən halda Moskvada yaxşı bilirlər ki, görüşlərin keçirilmə məkanlarından aslı olmayaraq Azərbaycanın tələbləri dəyişmir. Qarabağdakı təhlükəsizlik vəziyyətinə Azərbaycan nəzarət edir və orada reinteqrasiya prosesində maraqlıdır, bu məsələdə artıq fikir ayrılığı aradan qalxmaq üzrədir, çünki tərəflər Azərbaycanın mövqeyi ilə hesablaşırlar".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Kremlin Brüssel razılaşmasına hər hansı əngəl yaratma mümkünlüyünə aydınlıq gətirərkən səsləndirib. O bildirib ki, indi əsas prioritet məsələ Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması və Zəngəzur dəhlizidir:

"Burada əsas fikir ayrılığı bu dəhlizin Rusiya və ya Qərb tərəfindən nəzarətinin təşkilidir. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələ ilə bağlı Rusiyadan Ermənistana təzyiqlər arta bilər. Ermənistan ərazisində Avropa hərbi missiyasının qalması və Fransanın yerli-yersiz müdaxiləsi də bu gərginliyi artıran faktorlardandır. Lakin biz son dövrlər Rusiya tərəfdən də danışıqlar prosesində Brussel və Vaşinqtonla müqayisədə böyük fəallıq görmürük. Belə görünür ki, Qərbdən fərqli olaraq rəsmi Moskva proseslərin sürətlə getməsində bir o qədər maraqlı görsənmir. Görüşlərin intensivliyini nəzərə alaraq Ermənistandan hər zaman gözlədiyimiz kimi yenə də yeni təxribatlara əl atmasını gözləyə bilərik. Bunun da əsas səbəbi intensiv danışıqlar trafiki fonunda hələ də Paşinyanın sülh istiqamətində atacağı addımlarda daxili təzyiqlərdən çəkinməsi ilə bağlıdır".

Anar Əliyev
Xəbəri paylaş